
ABŞ təyyarələr, eləcə də raketlərlə İranın Fordo, Nətənəz və İsfahan nüvə mərkəzlərini vurduqdan sonra Tramp deyib: “İranın əsas nüvə obyektlərinin tamamilə məhv edilib”.
ABŞ prezidenti Donald Tramp Ağ Evdən müraciəti zamanı deyib: “Biz İrandakı üç nüvə obyektinə, o cümlədən Fordo, Nətənz və İsfahana çox uğurlu hücumumuzu başa çatdırdıq.
Məqsədimiz İranın uranı zənginləşdirmək potensialını və qlobal terrorçuluğa dəstək verən ölkənin nüvə təhdidini məhv etmək idi. Bu, çox uğurlu hərbi əməliyyat idi.
İranın nüvə təsisatı tamamilə məhv olub”.
“İndi İran sülh bağlamalıdır”, – deyən Tramp İranda “hələ çox hədəf qaldığını” və sonrakı hücumların daha da dağıdıcı ola biləcəyi barədə xəbərdarlıq edib.
Ağ Evin müraciətində Tramp zərbələri “möhtəşəm hərbi uğur” adlandırıb və sübut təqdim etmədən nüvə obyektlərinin “tamamilə və tamamilə məhv edildiyini” iddia edib. O, həmçinin xəbərdarlıq edib ki, İran sülh bağlamasa, Amerika əlavə hədəfləri vura bilər. Bundan sonra o, sosial şəbəkədəki paylaşımında İran hər hansı cavab verməyə qalxsa qarşılığını alacağı barədə xəbərdarlıq edib.
İranın dövlət mediasına görə İran rəsmiləri hücumları təsdiqləyiblər. Hökumətin atom agentliyi nüvə proqramını “heç vaxt” dayandırmayacağına söz verib və beynəlxalq ictimaiyyəti zərbələri pisləməyə çağırdı İranın ali liderinin tanınmış müşaviri Amerika donanmasının gəmilərinə raket zərbələri endirməyə və əsas neft daşıma marşrutunu bağlamağa çağırıb. Amma Ayətullah Əli Xameneidən hələlik rəsmi cavab gəlməyib