DünyaİranSiyasət

London gəmisinin İran tərəfindən hücuma məruz qalması ilə bağlı narahtdır

Böyük Britaniya tankerinin Fars körfəzində İran katerləri tərəfindən mühasirəyə alınması faktı ilə bağlı narahtlığını bildirib.

Aznews.tv xəbər verir ki, rəsmi London İranı vəziyyəti gərginləşdərməkdən qaçınmağa çağırıb.

“Bu addımlar bizi narahat edir. Biz körfəzdə uzunmüddətli mövcudluğu dəstəkləyirik. Fasiləsiz olaraq təhlükəsizlik ilə bağlı vəziyyətə nəzarət edirik”, – deyə hökümət təmsilçisi bildirib.

Xatırladaq ki, dünən CNN kanalı  Böyük Britaniyanın British Heritage adlı tankerinin İrana məxsus beş katerin hücumuna məruz qaldığını bildirib.

İran tərəfi tankerin saxlanılmasına cəhd edib.

Öz növbəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu ittihamları rədd edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button