İran

Tahir Nəqəvinin məqaləsində Cavad Zərifə suallar ünvanlanıb

Əlbürz ustanının Ədəbi Əncüməninin müdiri, “CƏMTA” Siyasi İşlər Şurasının rəhbəri Tahir Nəqəvi müəllifi olduğu məqalədə İranın Xarici İşlər vəziri Cavad Zərifə və onun müavini Abbas Əraqçıya bir neçə sual ünvanlayıb. Həmin yazıdan bir hissəni təqdim edirik:
“Qarabağın azad edilməsi ilə bağlı “Cənab Zərif”ə bir neçə “incə” sual:
1. Zərif və Əraqçı kimilər tərəfindən “savaşda rəfsizlik”, “savaşın dayandırılması” və “savaş əvəzinə danışıqların aparılması”nı iddia edənlər niyə Suriyada bu seçimdən istifadə etmədilər və Bəşər Əsədin müxaliflərinə qarşı güllə və savaş yolunu seçdilər?!
2. Nə üçün İraq və Suriyada bu ölkələrin vətəndaşlarına qarşı cinayətlər törədən İŞİD-lə “savaşa yox” və “savaş yerinə danışıqlar” seçimlərindən istifadə etmədilər? Ərazi və hakimiyyət iddiasında olan İŞİD-lə Azərbaycan ərazisini işğal edən ermənilər arasında nə fərq var?!
3. Niyə özlərinə lazım olanda “ölkə mərzlərindən kənarda və xaricində düşmən, habelə terrorçularla savaş” nəzəriyyəsinə nail olmağa inanırlar? Nə üçün rəsmi olaraq bir neçə ölkədə “savaş ölkəyə sürüklənməsin” məntiqi ilə savaşırlar? Niyə ancaq torpaqlarının beşdə biri ermənilər tərəfindən işğal edilən Azərbaycanı atəşkəsə və danışıqlara çağırırlar?!
4. Bildiyimiz və özlərinin də etiraf etdiyi kimi, indiki Qarabağ savaşının səbəbi Azərbaycan ərazisinin böyük bir qismətinin Ermənistan tərəfindən işğal edilməsidir. Azərbaycan 30 ildən sonra bu torpaqları geri qaytarmaq üçün gücdən istifadə edib və silaha əl atıb. İndi niyə bir neçə raketin səhvən İran ərazisinə düşməsi səbəbindən ordunu, nizami və əmniyyət qüvvələrini, topları, tankları və başqa qüvvələri mərzə toplayıblar? Nizami manovr keçirilməsinə və hətta bir neçə pəhpadın vurulmasına səbəb nədir?
5. Bu qədər dövlət vəsaitini xərcləməyə, silah seçməyə və nizami seçim etməyə nə ehtiyac var?!
Nə üçün tankları və topları hərəkətə gətirdiniz? Niyə problemi danışıqlar yolu ilə həll etmədiniz?!

Related Articles

Bir cavab yazın

Back to top button