Azərbaycanİran

Güneyli rejissorun filminin nümayişinə icazə verilib

Mərhum Əsgər Yusifinijadın Azərbaycan dilində çəkilən “Qolçaq” (“Kukla”) filmi Novruz bayramında nümayiş etdiriləcək.

Qeyd edək ki, bir neçə il əvvəl “Kukla” filmi İranşəhrdə türk əleyhdarı cərəyanlarının daşqalaq edilməsinə görə Fəcr festivalına buraxılmamışdı.

Fəcr Festivalının seçim komissiyasının üzvü Behruz Əfxami müsahibəsində bu filmin seçilməməsinin səbəbinin türk dilindən istifadə olduğunu açıqlamışdı.

Bildirək ki, güneyli ssenari müəllifi və rejisor Əsğər Yusifinijad 1969-cu il Təbriz şəhərində doğulub. 2022-ci ilin sentyabr ayında beyində qansızma və infarkt səbəbindən 52 yaşında dünyasını dəyişib.

Related Articles

Bir cavab yazın

Back to top button