Azərbaycanİran

Nərgiz Məhəmmədi atasının dəfn mərasiminə buraxılmayıb

Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbus, 2023-cü il Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədiyə dünyasını dəyişən atasının yasında iştirak etmək üçün müvəqqəti məzuniyyət icazəsi verilməyib.

Məhəmmədinin ailəsi onun Kərim Məhəmmədinin dəfn mərasimində iştirakına təhlükəsizlik orqanlarının mane olduğu bildirib.

Bundan sonra Evin həbsxanasında saxlanılan 60 qadın məhbus bəyanat yayıb və Nərgiz Məhəmmədiyə qarşı olan ədalətsizliyə etiraz olaraq oturaq aksiya keçirdiklərini bəyan edib.

Onlar son 22 ay ərzində Nərgiz Məhəmmədinin atası ilə görüşünə icazə verilmədiyini yazıb, hakimiyyətin bu vasitə ilə siyasi fəala psixi və mənəvi işgəncə verdiyini vurğulayıblar.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button