Azərbaycan

Güclü daşqın Ərdəbil kəndlərinə ciddi ziyan vurub

Ərdəbil əyalətinin Aslanduz şəhərinin fərmandarı Səməd Ruhi güclü külək, yağış və sel daşqınlarının 25 kəndə ciddi ziyan vurduğunu deyib.

Ruhi daşqınlar nəticəsində çox sayda mal-qaranın tələf olduğunu, əkin və bağ sahələrinin dağıdıldığını bildirib.

Daşqınlar zamanı insan itkisinin olmadığını deyən fərmandar su kəmərləri, yol və kommunikasiya xətlərinin sıradan çıxdığını söyləyib.

Səməd Ruhi kəndlilərə dəyən xəsarətlərin dəqiqləşdirilməsi üçün araşdırmalara başladıqlarını və bölgə əhalisinin zəruri ehtiyaclarının təmin olunmasına çalışdıqlarını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button