Dünya

Blinken Almaniya, Türkiyə və Yunanıstana səfər edəcək

Dövlət katibi Entoni Blinken 6 fevral Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində Türkiyəyə yardım üçün ABŞ-ın səyləri ilə yaxından tanış olmaq üçün fevralın 19-da Türkiyədəki İncirlik Hava Bazasına səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“O, daha sonra Ankaraya gedəcək və burada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və digər yüksək vəzifəli rəsmilərlə görüşərək ABŞ-ın Türkiyəyə və türk xalqına dəstəyinin davam etdirilməsi, həmçinin dəyərli NATO müttəfiqi olaraq Türkiyə ilə tərəfdaşlığımızı daha da gücləndirmək yolları ilə bağlı müzakirələr aparacaq.

Dövlət katibi Blinken həmçinin Türkiyə hökumətinə Suriyanın zəlzələdən zərər görmüş ərazilərinə transsərhəd yardıma görə təşəkkür edəcək”,- Dövlət Departamentinin məlumatında qeyd olunub. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button