Dünya

Türkiyədə mənzil alışının sayı artıb

Türkiyə amar Mərkəzinin verdiyi amara görə, culay ayında ev satışları üzrə daha bir rekord səbt edilib. Belə ki, Türkiyədə satılan evlərin sayı öncəki ay ilə müqayisədə yüzdə 20,7 artıb.
Bu rəqəmin ən böyük payını, yəni yüzdə 17,2-i İstanbul şəhərinə aiddir. Belə ki, İstanbulda 39.432 yaşayış evinin alqı-satqısı səbt edilib.
Eləcə də xarici vətəndaşlara ev satışının həcmi keçən ilə nisbətən yüzdə 34,6 azalaraq, 2741-ə çatıb. Bu dövrdə İstanbulda xarici vətəndaşlara 1046 ev satılıb.
İstanbuldan sonra Antaliyada 615, Ankarada 230, Mərsində 101, Yalovada isə 88 mənzil xarici vətəndaşlara satılıb. İranlılar ən çox ev alanlar sırasındadır – 540 mənzil.
Daha sonra İraq, Rusiya, Əfqanistan, Alman vətəndaşları yer alır.

Related Articles

Bir cavab yazın

Back to top button