Dünyaİran

Cənubi Qafqazda İran-Rusiya rəqabəti – Gizli sənədlər ortaya çıxdı

Bir müddət əvvəl ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuata sızdırılan gizli sənədlərdən birində İran və Rusiya arasında bir sıra regionlarda rəqabətin olduğu qeyd olunub.

İran-Rusiya rəqabətinə dair gizli sənədlər İsrailin “Ynet” agentliyində dərc edilib.

ABŞ-ın hərbi casusluq agentliyi hesab edilən Müdafiə Kəşfiyyat Agentliyinin tərtib etdiyi sənəddə bildirilir ki, İran və Rusiya Ukraynadakı müharibəyə görə yaxınlaşıb. Moskva müharibədə İranın köməyinə ehtiyac duyduğu üçün münasibətləri inkişaf etdirməkdə maraqlıdır.

Sənədlərdə qeyd olunur ki, Rusiyanın nüvə sazişi ilə bağlı dəstəyi Tehranın gözlədiyi qədər güclü deyil. İran Rusiyanın bu razılaşma ilə bağlı sanksiyalara əməl etməsindən narahatdır. İqtisadi və regional mövzularda da tərəflər arasında fikir ayrılıqları mövcuddur.

Kəşfiyyat agentliyi vurğulayıb ki,  İran Qafqazda öz təsirini artırmağa çalışır, lakin Rusiya Federasiyası bunda maraqlı deyil. Bu məsələ Moskva və Tehran münasibətlərində ən mübahisəli məsələlərdən biri hesab edilir.

1234921

 

Related Articles

Bir cavab yazın

Back to top button