İran

Amerika Maliyyə Nazirliyi “SEPAH”a qarşı yeni sanksiyalar tətbiq edib

Bu barədə Amerika Maliyyə Nazirliyi bəyanat yayıb.

Amerika Maliyyə Nazirliyi bazar ertəsi, iyunun 6-da bölgədəki müxtəlif terror təşkilatlarına bağlı 16 şəxs, qurum və qruplara, o cümlədən İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinə bağlı üç şəxsə qarşı sanksiya tətbiq edib.

Amerika və Körfəz ölkələrinin regional çirkli pulların yuyulması və terrorizmlə mübarizədə çoxtərəfli səylərini gücləndirmək üçün yaradılmış Terrorizmin Maliyyələşdirilməsinə Qarşı Mübarizə Mərkəzi müxtəlif regional terror təşkilatlarına bağlı 16 şəxs, qurum və qrupa qarşı sanksiya tətbiq edib.

Amerika Maliyyə Nazirliyindən verilən açıqlamada Əli Qusair, Meqdad Əmini və Mürtəza Haşiminin Livanda terrorçu İran İnqilab Keşikçiləri Korpusu və Hizbullah tərəfindən idarə olunan və maliyyələşdirilən iki şəbəkənin vasitəçiləri kimi gizli şəkildə neft alveri və çirkli pulların yuyulması ilə məşğul olduqları bildirilir.

Bununla yanaşı Səudiyyə Ərəbistanı da. Oxşar addım ataraq İran İnqilab keşikçiləri Korpusu və onun bölgədə dəstəklədiyi terror təşkilatlarının 13 üzvünə və 3 quruma qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button