İran

Polis rəisi etirazçıları hədələdi: “bağışlamayacayıq”

İran Polis Qüvvələrinin baş komandanı Əhmədrza Radan etirazçılara qarşı təhdid dolu bəyanat səsləndirib.

O, İsfahan əyalətinin polis rəisləri ilə görüşündə bu barədə danışıb.

“Hər kəsi əmin edirəm ki, qanunu pozanlarla mübarizədə istənilən addımı atacayıq”,- Radan bildirib.

O, narazıları quldur adlandıraraq, onların özbaşına hərəkətlərinə icazə verilməyəcəyini deyib.

Qeyd edək ki, bu, 2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyalarının ildönümünün yaxınlaşması ilə eyni vaxta təsadüf edir.

Bundan əvvəl SEPAH-ın baş komandanə Hüseyn Salami yeni etiraz dalğasının başlana biləcəyi barədə xəbərdarlıq edib və hakimiyyəti daha sərt tədbirlər görməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button