Dünya

Robert Mali: “İranda bir çox dinc nümayişçi edam təhlükəsi ilə üzləşib”

ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali dekabrın 27-də Twitter səhifəsində yazıb ki, İran məhkəmələro yüzlərlə dinc etirazçıya 10 ilə qədər həbs cəzası verib.

O, iki etirazçının edam edilməsinə və bir çoxlarının edam riski ilə üz-üzə qalmasına toxunaraq, rejimin yaramaz davranışlarına qarşı dinc etiraz aksiyası keçirən minlərlə adamın hələ də həbsdə olduğunu bildirib.

Qeyd edək ki, ondan əvvəl ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays Co Bayden hökumətinin etirazçılara, xüsusilə də İrandakı qadınlara dəstəyini vurğulayaraq, İran hökumətindən etirazlar zamanı saxlanılanların dərhal azad edilməsini istəyib.

Related Articles

Bir cavab yazın

Back to top button