İran

Urmu gölünə çay sularının axması məhdudlaşdırılıb

Xordad ayında heç bir sədd və ya çaydan Urmu gölünə su buraxılmayıb. Bu haqda Urmu gölünün canlandırma sitadının rəisi Fərhad Sərxoş jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu ərazi bağlı bir hövzədir. Sitat rəsmisi deyib ki, isti fəsillərdə Urmu gölünə çay sularının axmasının qarşısı alınıb. Bu proses əkin sahələrinə su istifadəsinin dayandırılması ilə ilgili aban ayının sonunadək davam etdirilir.
Bildirək ki, hazırda gölün vüsəti 2 869 kilometr mürəbbə təşkil edir. Bu göstərici ötən ilə nisbətdə 55 kilometr azalıb. Gölün su həcmi isə 3 milyard 610 milyon metr mükəəbə çatıb. Suyun bu səviyyəyə düşməsinə baxmayaraq, gölün vəziyyəti ötən illərlə müqayisədə müsaiddir. Rəsmi məlumatlara əsasən, su səviyyəsində nisbi artım var. Ancaq mahvarə məlumatlarının 30 illik numudarı göstərir ki, gölün dirçəlməsinə hələ çox zaman tələb olunacaq.

Related Articles

Bir cavab yazın

Back to top button