Dünyaİran

Əfqanistanlı qaçqınların Azərbaycan əyalətlərinə girişinə qadağa qoyuldu

İranda yaşayan əfqanistanl qaçqınların Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərinə girişinə qadağa qoyulub.

Bu barədə Xarici Vətəndaşlar və İmmiqrantlarla İş üzrə Baş Direktorluq məlumat yayıb.

Adı çəkilən əyalətlərlə yanaşı əfqan mühacirlərin İranın daha 12 əyalətinə girişi yasaqlanıb.

Onlara bu əyalətlərdə ev kirayə verən və ya işə götürən vətəndaşlara qarşı cəza tədbirləri tətbiq ediləcək.

Bu, Talibanla İran arasında münasibətlərin gərginləşməsindən sonra Əfqanistan vətəndaşlarına qarşı təzyiqlərin və hücumların artmasının davamıda baş verir.

Son bir neçə ay ərzində 400 minə yaxın əfqanistanlı qaçqın İrandan geri qaytarılıb, müxtəlif şəhərlərdə əfqanistanlılara hücumların sayı artıb.

Related Articles

Bir cavab yazın

Back to top button