Dünya

Amerika Çinin Sincan bölgəsindən mal idxalına qadağa qoydu

Qərara görə, Amerika şirkətləri o halda sözügedən bölgədən mal idxal edə bilərlər ki, məcburi əməyin olmadığına dair mötəbər sənəd və sübutlar təqdim etsinlə

Amerika prezidenti Co Bayden imzaladığı qanunla, Çinin uyğur türkləri yaşayan bölgəsi Sincandan gətirilən mallara rəsmən qadağa qoyub.

“Aznews tv” xəbər verir ki, Birləşmiş Ştatlar bu qərarın bölgədə məcburi əməklə bağlı narahatlıqlara cavab olduğunu bildirib.

Qərara görə, Amerika şirkətləri o halda sözügedən bölgədən mal idxal edə bilərlər ki, məcburi əməyin olmadığına dair mötəbər sənəd və sübutlar təqdim etsinlər.

Qeyd edək ki, Çinin şərqində yerləşən Sincan, ərazi baxımından İran qədər, əhalisi isə təxminən 25 milyon nəfərdən ibarət böyük və muxtar bölgədir. Bölgənin əhalisinin əsasını müsəlman olan uyğur türkləri təşkil edir.

Amerika və Qərb ölkələri Çin hökumətini Sincandakı uyğur türklərinə qarşı sistematik əzab-əziyyət verməkdə və müsəlmanların haqlarını pozmaqda günahlandırırlar.

Related Articles

Bir cavab yazın

Back to top button