İran

İranın təhlükəsizik naziri etirazçıları təhdid etdi

İran təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətib ölkə və ölkə xaricindəki etirazçıları ağır cəzalandırılacaqları ilə hədələyib.

İran Dövlət Radio və Televizya Şirkətinə bağlı ərəbdilli “Əlaləm” telekanalının dekabrın 13-ü axşam saatlarında yaydığı müsahibədə nazir etirazçıları iğtişaşçı adlandırıb və onların sərt cəzalandırılacaqlarını deyib.

İsmayıl Xətib etirazçılar İranın müstəqilliyi, torpaq bütövlüyü və milli təhlükəsizliyini hədəf aldıqlarını iddia edərək, onların dünyanın hansı bölgəsində olmaqlarından asılı olmayaraq əməllərinə görə cavab verəcəklərini bildirib.

Qeyd edək ki, son həftələr İran kəşfiyyatının Britaniya, Fransa, Avstraliya, Türkiyə və başqa bir neçə ölkədə müxalif mühacirlər və iranlı media fəallarına qarşı terror planları barədə bir neçə xəbər yayılıb.

Related Articles

Bir cavab yazın

Back to top button