İran

Əzim Novruzi Ərdəbilin inkişaf etdirilməsinin zəruriliyindən danışıb

“Ərdəbil çağdaş mühəndislik və elmi gəlişmələr baxımdan unudulmuş bir əyalətdir. Mədənlərin axtarışı zamanı müasir mühəndislik elmindən istifadə edilməsi əyalətin ölkə iqtisadına fayda verməsinə səbəb ola bilər”. Bu fikirləri Azad İslam Danişqahı Parsabad Vahidinin Elmi timi üzvü Əzim Novruzi deyib. O, dərin elmi araşdırmalar vasitəsilə əyalətin mis qütblərindən birinə çevriləcəyini vurğulayıb. Daha sonra qurğuşun və ruy çıxarma fazına keçid edilməli olduğunu deyib. Novruzinin sözlərinə görə, mədənlərdəki araşdırma işlərini savadsız şəxslərə tapşırmaq olmaz. Mədən kəşfləri, görülən işlər elmi əsaslarla aparılmalıdır. “Ərdəbil əyalətində dərin axtarışlar barədə araşdırma aparılmalı, lazım olarsa seysmik laynlar hazırlanmalıdır. “Ümid edirəm ki, Xiyavda Salavat mədən bölgəsi, Məcdərəq, Xalxalda qurğuşun və ruy, Savalanda gənc qüda:zələrin çıxarılmasına başlanılacaq”,-deyə o, qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button