Dünya

“İrana qarşı silah təhrimi davam etməlidir”

Amerikanın Xarici İşlər Vəzirliyi 31 tir, çərşənbə axşamı açıqlamasında İranın davranışının normal olmadığı bildirilib. Habelə, bu ölkəyə qarşı icra olunan silah təhriminin oktobr ayından sonra davam etməsini təmin edəcəklərini vurğulayıb. Mayk Pompeo Ləndənə səfəri zamanı ölkəsinin İrana qarşı silah təhrimlərinin ləğvinə icazə verməyəcəyini vurğulayıb. O, İngiltərənin Baş vəziri Boris Consonla görüşdə də, İrana qarşı silah təhriminin uzadılması məsələsini qeyd edib. “İran ayaq basdığı hər yerə bədbəxtlik gətirib. İrana qarşı silah təhrimi qaldırılarsa, regional zorakılıqlar daha çox baş verəcək”.
Bu sözləri Amerikanın Xarici İşlər Vəzirliyində İran üzrə İqdam Qrupunun rəisi Brayan Huk, Ərəbistanın xarici işlər vəziri Adel əl-Cübeyrlə birgə mətbuat konfransında deyib.
Qeyd edək ki, İran atom bərnaməsinə nəzarət edən beynəlmiləl bazrəsləri ölkədən qova bilər. Bu da öz növbəsində İran və dünya gücləri arasında 2015-ci ildə imzalanan Atom razılaşmasına aid böhranı daha da dərinləşdirə bilər. Xatırladaq ki, İrana qarşı silah təhrimi bu günə qədər ölkəyə döyüş uçaqları, tanklar, döyüş gəmiləri və başqa silahları almağa mane olub. Ancaq bu təhrimlər savaş bölgələrinə silah qaçağını dayandıra bilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button