İran

Şərqi Azərbaycan vilayətində koronavirusla mübarizə tədbirləri gücləndirilir

Şərqi Azərbaycan vilayətində koronavirusla mübarizə tədbirləri gücləndirilir. Belə ki, vilayətin Koronavirusla Mübarizə Qərargahının rəis müavini Əlyar Rastqu bildirib ki, virusla ilgili durumun narıncı olduğunu nəzərə alaraq, Culfaya səfərlər qadağan edilib. Bununla da yerli olmayan pilaklı maşınların Culfa şəhərinə girişi məhdudlaşdırılıb. Belə ki, sözügedən bölgəyə səfər etmiş müsafirlərin geri dönüşü üçün isə 72 saat vaxt təyin edilib. Əks halda həmin şəxslərin məsuliyyətə cəlb olunacağı açıqlanıb.
Əlyar Rastqu deyib ki, bu təsmim Culfada koronavirusun yayılma şiddətinin qarşısını almaq, virusa yoluxma sayını minimuma endirmək üçün bəlli edilib.
Qurum rəsmisinin sözlərinə görə, Sərabda isə durum olduqca risklidir. Belə ki, rəsmi amarlara əsasən, Sərab qırmızı məntəqə hesab edilir.

Related Articles

Bir cavab yazın

Back to top button