Azərbaycanİran

İranda etirazlar zamanı daha iki yeniyetmə öldürülüb

Rza Kazimi və Mahək Haşimi adlı 16 yaşlı yeniyetmələr hökumət qüvvələrinin açdığı atəş və dəyənək zərbələri əticəsində dünyalarını itirib.

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, noyabrın 27-i İrannın Şiraz və Kamyaran şəhərlərində etiraz aksiyalarında gülləllənən və döyülən iki yeniyetmə həyatını itirib.

Rza Kazimi noyabrın 21-də  etiraz aksiyasında güllə yarası aldıqdan sonra xəstəxanaya köçürülüb və yarasının ağır olduğuna görə ayın 27-də dünyasını dəyişib.

Mahək Haşimi isə noyabrın 25-də Şiraz şəhərində keçirilən etiraz aksiyasında iştirak etdiyinə görə, döyülüb və ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən yeniyetmə qız noyabrın 27-də həyatını itirib.

Qeyd edək ki, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 60-dan çox uşaq hökumət qüvvələri tərəfindən qətlə yetirilib.

Related Articles

Bir cavab yazın

Back to top button