Azərbaycan

Təbrizdə hökumət əleyhinə şüarlar səsləndirlib

Elektronik səs sistemlərinin haker hücumuna məruz qaldığı bildirilir.

Sosial media fəallarının verdikləri məlumata görə, mayın 6-I gecə saatlarında Təbrizin Vəliəsr məhəlləsində elektronik səs sistemlərinə haker hücumu edilib və hökumət əleyhinə şüarlar səsləndirilib.

“Nə şahçıyam nə şeyxçi, millətçiyəm millətçi”, “Xaməneyiyə, Rəisiyə ölüm”, “Rəisi qatil”, “lənət olsun Xomeyniyə” məzmunlu şüarlar Vəliəsr meydanında olan vətəndaşların diqqətini cəlb edib.

Qeyd edək ki. Eyni hərəkət aprelin 18-də Təbrizin Elgölü parkında baş vermis və oxşar şüarlar səsləndirilmişdi.

2022-ci ilin başlamasından bu yana İranın müxtəlif mətbuat orqanları, dövlət qurumları və əhəmiyyətli starateji-iqtisadi mərkəzlərinin saytlarına, ticarət mərkəzlərinin elektronik sistemlərinə haker hücumları olur və hökumət əleyhinə şüarlar səsləndirilir.

Müxalif təşkilatlar tərəfindən həyata keçirilən hücumların qarşısını almaqdan aciz olan İran hökuməti bunu Amerika və İsrailin üzərinə atıb.

Related Articles

Bir cavab yazın

Back to top button