İran

İranın Amerika sanksiyalarına qarşı yeni planı

İran 1 100 kilometrlik boru kəməri tikməklə, Buşehrdən Bəndər Abbas ustanındakı Cask limanına gündəlik bir milyon boşqa xam nəft göndərmək və onu Hormuz boğazından keçmədən azad sularla yola salmağı planlaşdırır.
Qeyd edək ki, İranın Qure bölgəsindən Cask və Məkran sadirat terminalına nəft boru kəmərinin tikintisinə juənin 25-də başlanılıb. Ancaq Ruhaninin vədəsinə görə, bu layihənin gələn ilin mars ayında istifadəyə verilməsi gözlənilir.
İran dövləti öz sadirat terminallarını şaxələndirmək üçün 42 inçlik sözügedən boru xəttinin tikintisinə 1 milyard 500 milyon yorodan çox pul xərcləyəcəyini bildirib.
Əlavə edək ki, Xark adasında yerləşən nəft terminalı İranın xam nəft sadiratının yüzdə 80-ni idarə edir. Həmin terminal İran-Əraq savaşı dövründə İranın nəft sənayesinin zəif nöqtəsinə çevrilmişdi. Davamlı olaraq bombaran edilməsi İranın nəft sadiratının davam etdirməsini çətinləşdirirdi.

Related Articles

Bir cavab yazın

Back to top button