İran

Nathan Sails İranın sanksiyaya məruz qalma səbəblərindən danışıb

İran rejimi dünyada terroru dəstəklədiyi və ölkə daxilində insan haqlarını pozduğu üçün təhrimlərə məruz qalıb. Bunu Amerika Xarici İşlər Vəzirliyinin Terrorla Mübarizə məsələləri üzrə həmahəngçisi Nathan Sails deyib. O, bildirib ki, Amerikanın indiki dövləti İran rejiminə basqıları artırmaq üçün təhrimlərdən istifadə edir. “İrana qarşı təhrimlər yalnız İranın dünyada terroru dəstəkləməsinə görə deyil. Həm də İran daxilində insan haqlarının pozulmasından qaynaqlanır.
Amerika İranı Cənubi Amerikadan tutmuş Avropa, Suriya, Lubnan, Yəmən və başqa bölgələrə qədər dünyada törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmək işinə sadiqdir. Biz Amerikanın xarici siyasət və milli əmniyət alanındakı mənafeyini qorumaq üçün Konqrənin bizə verdiyi və Amerika prezidenti tərəfindən həvalə edilən təhrim səlahiyyətlərindən istifadə edəcəyik”,-deyə Nathan Sails əlavə edib

Related Articles

Bir cavab yazın

Back to top button