Azərbaycan

Güney Azərbaycanı təmsil edən partiyalardan Azərbaycana dəstək

Dünən Təbriz vaxtı ilə saat 17:30-da ANT Televiziyasında videokonfərans baş tutub. Konfransda fərqli ölkələrdən, o cümlədən İsveç, Amerika, Kanada, Almaniya, Norveç və Türkiyədən 28 partiya rəsmisi iştirak edib. Toplantıda Dağlıq Qarabağ məsələsi müzakirə olunub. Habelə, Ermənistanın işğalçı siyasəti pislənilib.

Qeyd edək ki, iştirakçılar sırasında Azərbaycan Mərkəz Partiyasının rəhbəri Saleh Kamrani, Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Haşım Bilgin, Güney Azərbaycan Liberal-Demokrat Partiyasından Simi xanım Səbri, Norveçdən Babək Çələbiyani Dirənişin sözçusu çıxış ediblər.
Onlar “Güney və Quzey Azərbaycan anlayışları yoxdur! Quzeyin dərdi bizim də dərdimizdir!” fikirlərini səsləndiriblər. Həmçinin Azərbaycanın əzəli torpaqlarına qarşı qondarma erməni iddialarının qəbuledilməz olduğunu vurğulayıblar.
Bildirək ki, konfəransda Türkiyədəki müstəqil fəallardan Babək Şahid, Rica Heyət, Mehdi Nəimi, İsveçdən Mahmud Bilgin, Səəttar Sevgin, Amerikadan Əli Süleymani, Umut Düzgün, Taymaz Urmulu da iştirak edib.

Related Articles

Bir cavab yazın

Back to top button