Dünya

Ərdoğanla Makron arasında telefon danışığı olub

Türkiyə Prezidenti dəftərinin İctimaiyyətlə irtibatat şöbəsinin yaydığı məlumata görə, Ərdoğanla Makron arasında telefon danışığı olub.
Bildirilib ki, prezidentlər əsasən Türkiyə-Fransa, Türkiyə-Avropa birliyi ilgiləri, Şərqi Aralıq dənizi ilə bağlı, eləcə də, bölgəsəl məsələlər barədə müzakirələr aparıblar.
Ərdoğan bildirib ki, Şərqi Aralıq dənizində Türkiyə və quzey Qıbrıs türklərinin haqlarına məhəl qoyulmamasını, Fransanın Yunanıstan və güney Qıbrısda gərginliyi artıracaq maksimalist iddialarını yanlış hesab edir.
“Türkiyə kiminsə mənafeyinə toxunmaq niyyətində deyil”, – deyən Ərdoğan öz ölkəsinin və quzey Qıbrısın mənfəətlərinə də kiminsə toxunmasına imkan verməyəcəyini deyib.
Ərdoğan bu yöndə yaranan problemlərin danışıqlar yolu ilə həll edilməsinə tərəfdar oldunu deyib.

Related Articles

Bir cavab yazın

Back to top button