Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Əmir Hatəmidən İranda vaksin istehsalı ilə bağlı açıqlama

“İran rəhbəri ölkənin silahlı qüvvələrinə göstəriş verib ki, koronavirusla mübarizəyə ordu hazırlığı kimi yanaşsınlar. Çünki düşmən döyüş meydanında bu silahdan bizə qarşı istifadə etmək istəyində ola bilər”. Bu fikirləri İranın difa vəziri Əmir Hatəmi səsləndirib. Məsələ ilə bağlı İran Difa Vəzirliyinin hazırladığı koronavirus vaksininin təqdimat mərasimində bilgi verilib. Vəzirin sözlərinə görə, növbəti 3 ay ərzində “Fəxra” adlı vaksin tolid mərhələsinə çatacaq. Qeyd edək ki, fərvərdin 3-də Əli Xamenei Amerikanı koronavirusu hazırlamaqda ittiham edib. Mütəxəssislər isə bu iddianı təkzib ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button