İran

İranın Bağdaddakı səfiri: İranla Ərəbistanı arasında danışıqların davam etməsi Rəisinin qərarından asılıdır

İran və Ərəbistanı arasında Bağdadda bir neçə mərhələ danışıqlar baş tutduğu bir vaxtda, İranın İraqdakı səfiri İrəc Məscidi danışıqların dayandırıldığını açıqlayıb.

Məscidi İran Radio-Televizyonuna bağlı ərəbdilli “Əl-Aləm” kanalına verdiyi açıqlamada, danışıqların dayandırılmasının səbəbinin İranda yeni dövlətin qurulması ilə üst-üstə düşdüyünü bildirərək qeyd edib: “Yeni dövlət qurulduqdan sonra danışıqların davam etdirilməsi ilə bağlı qərar veriləcək”.

O, Bağdadda İran-Ərəbistan danışıqlarının başlamasını müsbət dəyərləndirib və müzakirələrin davam edəcəyinə ümid etdiyini bildirib.

Danışıqların İran və Ərəbistan səfirləri arasında davam etməsi planlaşdırılsa da, Məscidi hələlik danışıqlarda iştirak etmədiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button