Azərbaycan

Təbriz bələdiyyəsinin məmurları meyvə satıcılarının mallarını kanalizasiyaya tökdü!

"Aznews tv" xəbər verir ki, videoda meyvə satıcısının mallarının bərbad vəziyyətdə olduğu görünür. Meyvə qutuları sındırılıb. Çarəsiz satıcı isə kanalizasiya suları ilə dolu arxdan portağalları çıxarır.

Təbriz bələdiyyəsinin məmurları küçədə meyvə satmaqla ailəsini dolandıran şəxsin meyvə arabasına hücum edərək dağıdıb, daha sonra satıcının meyvələrini kanalizasiya arxına töküblər.

“Aznews tv”  xəbər verir ki, videoda meyvə satıcısının mallarının bərbad vəziyyətdə olduğu görünür. Meyvə qutuları sındırılıb. Çarəsiz satıcı isə kanalizasiya suları ilə dolu arxdan portağalları çıxarır.

Bu, bələdiyyə məmurlarına hərac vermək istəməyən satıcıların gündəlik üzləşdiyi vəziyyətidir.

Qeyd edək ki, İranda səyyar satıcıların çoxu polisdən qorxaraq bələdiyyə məmurlarının zorakılığı qarşısında susmağa məcbur olurlar. Bələdiyyə işçiləri mülki geyimdə və rəsmi icazə təqdim etmədən onsuz da çətinliklə dolanan səyyar satıcıların mallarını dağıdır, hər bir məhəllədən keçərkən insanlar arasına qorxu salmaq üçün onlardan pul qoparır.

Related Articles

Bir cavab yazın

Back to top button