İran

Xudafərin: İran Azərbaycanla sınırda Xumeyninin böyük rəsmini quraşdırıb

İran hökuməti apardığı rəvani savaşa uyğun olaraq, Araz çayının qırağında Xumeyninin rəsmindən böyük bir tablo quraşdırıb. Tablonun ölçüsü o qədər böyükdür ki, Xumeyninin əksi Azərbaycan tərəfdə bir neçə kilometrdən aydıncasına görünür.
Qarabağın işğaldan azad edilməsi və Araz çayının quzey sahilinin Azərbaycan dövləti tərəfindən geri alınmasından sonra, indi İran hökuməti təşvişə düşərək Azərbaycanla sınırda bir sıra tədbirlərə əl atmaqdadır.
Araz çayının qırağında çox sayda İran bayrağı quraşdırılmaqla yanaşı, tarixi Xudafərin körpüsünün yanında da Xumeynidən böyük bir bəner quraşdırılıb.
Xumeyninin şəkili o qədər böyükdür ki, Azərbaycan tərəfdə də bir neçə kilometrdən aydın şəkildə görünür. Həm də onun rəsmi bilərəkdən və yalnız Azərbaycandan görünə biləcək şəkildə quraşdırılıb.
Bildirək ki, Araz çayının şimal bölgələri Ermənistan işğalında saxlanıldığı 30 il boyunca İran tərəfi sınır bölgəsində heç bir bayraq və ya Xamenei və Xumeyninin əkslərini quraşdırmamışdı.
Xudafərin körpüsünün tarixi əhəmiyyətinə görə, Azərbaycan vətəndaşları Qarabağa səfər edərkən ilk dəfə bu körpünü ziyarət etmək həvəsində olurlar və ziyarət zamanı sınırda İranın geniş rəvani təbliğatı ilə qarşılaşırlar.

Related Articles

Bir cavab yazın

Back to top button