İran

Hicabını çıxaran qadın mühəndisə “74 şallaq” cəzası

Bir müddət öncə Tehran Mühəndislər Məclisinin iclasında hicabını çıxararaq etirazını əks etdirən videosu manşetlərə çıxan mühəndis Zeynəb Kazemi İslam Respublikasının məhkəmə sistemi tərəfindən ona qarşı şərti "74 şallaq" cəzası verildiyini açıqladı.

Xanım Kazemi dünən, cümə axşamı, sentyabrın 8-də İnstaqram səhifəsində verilən hökmün şəklini dərc edib. Bu hökm Kazemi xanıma “ictimai iffətə zərər vurma” maddəsi ilə verilib və “cinayət törətmək” halında bu cəza beş il müddətinə icra olunacaq.

Zeynəb Kazemi onu da əlavə edib ki, bütün işinin gedişində bu ittihamı qəbul etməyib və indi də qəbul etmir. O davam edib ki, əgər bir sistem mənim kimi adamın “iffətsiz” olduğu qənaətinə gəlibsə, mütləq öz meyarlarına yenidən baxmalıdır”.

Xanım Kazemi Tehran Əyalətinin Mühəndislər Təşkilatının Rəyasət Heyətinə qadın namizədlərdən biri idi və o, bu komitənin seçkilərindəki “saxtakarlıqlara” və orada hökm sürən təhlükəsizlik mühitinə etiraz etdi.

2023 fevral ayının 17-də sosial şəbəkələrdə yayılan videoda bu qadın mühəndis etirazını bildirdikdən sonra baş örtüsünü atması və bu etiraz hərəkətinin orada olanların alqışlarına səbəb olduğu göstərilir.

Eyni görüşdə xanım Kazemi eyni zaldan kənarda məcburi hicaba riayət etmədikləri üçün qadınların “döyülməsi”nə toxunaraq deyib ki, “Mühəndislərin ləyaqətinə hörmət olunmayan məclis rəsmi sayılmır”.

Xanım Kazeminin etirazını əks etdirən videonun yayılması reaksiyalar dalğasına səbəb olub və İnqilab Keşikçilərinə yaxın bir media orqanı şənbə günü, Fevral ayının 18-də ona qarşı məhkəmə işinin açıldığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button