İran

Pompeo: “Amerika Ruhulla Zəmin edam edilməsini qınayır”

Amerikanın xarici işlər vəziri Mayk Pompeo “Amadmnews” teleqram kanalının keçmiş müdiri Ruhullah Zəmin edam edilməsinə münasibət bildirib. O, bu barədə tvitter hesabında yazıb: “Amerika İran rejimi tərəfindən qaçırılan jurnalist Ruhullah Zəmin haqsız və vəhşicəsinə edam edilməsini kəskin şəkildə qınayır. Ruhullah Zəm 41 illik hakimiyyəti dövründə qorxu və vəhşət saçaraq 860-dan çox jurnalisti qətlə yetirən, həbs edən bir rejimin vəhşiliyini və azğınlığını ifşa etdi”.
Bildirək ki, Ruhullah Zəm tərəfindən idarə olunan “Amadnnews” teleqram kanalı özəlliklə 2017-ci ilin janviyəsində İranda etirazçıların xəbər qaynaqlarından birinə çevrilib. Ruhullah Zəm “etirazlara təhrik etmək”, “Fransa və İsrailin xeyrinə casusluq” ittihamları ilə edam cəzasına məhkum edilib. Cəzası 13 desambr tarixində icra edilib. İran prezidenti Həsən Ruhani Avropa ölkələrinin Ruhullah Zəmin edamı və İranı tənqid etməsi ilə bağlı deyib: “Bir insana görə bu qədər həssas olmaları yaxşı bir məna vermir”.

Related Articles

Bir cavab yazın

Back to top button