İran

Gülnaz Səid: “İşsizlik səbəbindən təhsilli qadınlar İranı tərk edir”

İranda Qadın Araşdırmaları Dərnəyinin təşkilatçılığı ilə “Təhsilli qadınlar –fürsətlər və müşküllər” adlı toplantı keçirilib. Toplantıda Pəyam Nur Danişqahı Elmi timinin üzvü Gülnaz Səid iştirak edib. Danişqah rəsmisi çıxışı zamanı işsizlik səbəbindən təhsilli qadınların ölkəni tərk etdiyini açıqlayıb. Onun sözlərinə görə, həmin şəxslərin İranı tərk etməsi ölkədə təhsil səviyyəsinə də əsaslı təsir göstərir. Gülnaz Səid bildirib ki, hazırda qadınların yüzdə 63-ü ali təhsillidir. Məlumata görə, onlardan böyük bir qismi işlə təmin olunmaq üçün Avropa ölkələrinə üz tutur.
Qeyd edək ki, Gülnaz Səid sözügedən problemin həlli üçün fəaliyyət bəxşlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button