DünyaİranSiyasət

AB İranı nüvə anlaşmasının öhdəliklərinə riayət etməyə çağırır

Bu gün sentyabrın 5-i Avropa Birliyi İranı nüvə anlaşmasının öhdəliklərinə riayət etməyə çağırıb.

Aznews.tv xəbər verir ki, dünən İran öz nüvə araşdırmalarını məhdudlaşdırmayacağını elan etmişdi.

Avrokomissiyanın mətbuat katibi Karlos Martin Ruis de Qorduela Brüsseldə keçirilən brifinq zamanı qeyd edib ki, bu qərar nüvə anlaşması ilə uzlaşmır.

“Bu məcrada biz İranı bu addımlardan əl çəkməyə və nüvə anlaşmasına zidd olan gələcək fəaliyyətlərdən qaçınmağa çağırırıq”, – deyə o, əlavə edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button