İran

Abadanda çökən bina ilə bağlı reportaj hazırlayan jurnalist yoxa çıxıb

Abadan şəhərində çökən çoxqatlı “Metropol” binasından reportaj hazırlayan tanınmış fotojurnalist və ictimai fəal Yəlda Moiri yoxa çıxıb.

Ailəsindən verilən məlumata görə mayın 28-də son telefon danışıqlarından sonra jurnalistlə əlaqə saxlaya bilməyiblər.

Çökən binadan fotoreportaj hazırlamaq üçün Abadan şəhərinə gedən Yəlda Moirinin yox çıxması ilə bağlı əlaqədar qurumlara edilən müraciətlərə cavab verilməyib.

Hadisə yerində olan şahidlərin dediklərinə görə, fotojurnalist mayın 28-də çökən bina yaxınlığında təhlükəsizlik məmurları tərəfindən tutularaq naməlum yerə aparılıb.

Related Articles

Bir cavab yazın

Back to top button