İran

Aban etirazlarında tutuqlanan məhbuslar aclıq aksiyasına başlayıblar

Aban etirazlarında tutuqlanan 72 nəfər zindani birlikdə namə nəşr etdiriblər. Onlar namə vasitəsilə Tehranın Böyük Zindanında murdadın 26-da aclıq etisabına başladıqlarını bəyan ediblər. Səbəb kimi zindanın məsul şəxslərinin koronavirusun yayıldığı bir durumda onlara mürəxəssi verməməsi qeyd olunub.
“Bu etisab siyasi zindanilərin hüquqlarının pozulması, zindanda sağlıq üzrə pis şəraitə etiraz məqsədi ilə keçirilir. Bizim heç birimiz cinayət etməmişik və etiraz haqqımızdır. Cinayət edənlər camiədə bahalığa və faciəvi iqtisadi duruma səbəb olanlardır. Biz öz kasıblamış xalqımızın hüquqlarını ,yaşamağı tələb etmişik. Buna görə də insan yaşamı üçün ilkin imkanları olmayan bu sürgün düşərgəsində ölməyə tərk edilmişik”,-deyə namədə bəyan edilib. Onların sözlərinə görə, burada həddindən artıq zindani olması səbəbi ilə ictimai fasilə saxlamaq mümkün deyil. Elə buna görə də minlərlə insanın canı təhlükədədir. Məlumata görə, Qəzaiyyə Qüvvəsinin rəisi zindanilərin mürəxəssiyə göndərilmələri barədə ümumi göstəriş verib. Ancaq siyasi zindanilərin nəzarətçisi, habelə dadsitanın nümayəndəsi Əmin Vəziri onlara mürəxəssi verilməsinə qarşı çıxıb. “Ailələrimizlə bizim barədə danışarkən deyiblər ki, onlar aclıqdan ölməlidir. Aclıq etisabı ilə ölməyimiz bu zalım sistemə oxşayan virusla ölməyimizdən daha yaxşıdır”,-deyə zindanilər dilə gətirib. Qeyd edək ki, İran İnternational həmin namə ilə ilgili bu xəbəri yayarkən fars və farsyönlü xəbər saytlarının siyasətinə uyğun olaraq davranıb. Belə ki, xəbərdə bu zindanilər və onları himayə edən kökəncə fars zindanilərin adları geniş vurğulanıb. Ancaq aclıq etisabı etmiş heç bir qeyri fars, xüsusilə də Güney Azərbaycanın zindanilərindən Əlirza Fərşi Yekanlı, doktor Lətif Həsəni, Bəhmən Şeyxi, ağır şəraitdə olan Abbas Lisani kimilərinin adları çəkilməyib. Bu saytlar insan haqları üzrə müdafiəçi cildinə girərək əslində farsların insan hüquqlarını müdafiə edirlər. Azərbaycan zindanilərinin adlarını çəkməyə məcbur olduqda isə ayrıntılı xəbər əvəzinə bir iki cümlə qeyd edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button