Azərbaycanİran

Abbas Lisaninin sağlıq durumu yenidən ağırlaşıb

O, yanvarın 2-də xəstəxanaya aparılıb.

Ərdəbil həbsxanasının 7-ci bölməsində saxlanılan milli fəal Abbas Lisaninin sağlığında yenidən problemlər yarandığı və bel diski ağrılarının çoxaldığı üçün yanvarın 2-i axşam saatlarında Ərdəbilin “İmam Əli” xəstəxanasına aparılıb.

Siyasi məhbusu müayinə edən həkimlər onun sağlıq durumunun ağır olduğu və yenidən əməliyyata ehtiyac olduğu barədə rəy veriblər.

Həkimlər zədələrin bədxassəli olmasına gətirib çıxaracaq cərrahiyyə əməliyyatının gecikdirilməsi ilə bağlı xəbərdarlıq edib, Ərdəbil həbsxanasının rəhbərliyinə məktub yazaraq Abbas Ləsaninin əməliyyat olunmasının zəruriliyini vurğulayıblar.

Qeyd edək ki, əməliyyat olunduqdan sonra həkimlərin tibbi məzuniyyətinin müddətinin uzadılması barədə arayışlarına baxmayaraq, ETTELAAT-ın təzyiqi və Ərdəbil prokuroru Abdullah Təbatəbayinin göstərişi ilə onun məzuniyyət qərarı ləğv edilib.

Abbas Lisani avqustun 27-i günorta saatlarında Ərdəbil zindanına geri qayıtmağa məcbur olub.

Related Articles

Bir cavab yazın

Back to top button