Azərbaycan

ABŞ Azərbaycanın güc strukturlarına “5” qiyməti verdi

ABŞ Dövlət Departamentinin müxtəlif ölkələrin terrorçuluq əleyhinə apardığı mübarizə barədə 2018-ci il üzrə hesabatı açıqlanıb.

Aznews.tv məlumatına görə, hesabatda bildirilir ki, Azərbaycan 2018-ci ildə terrorçuluqla mübarizədə fəal iştirak edib.

Hesabatda qeyd olunub ki, Azərbaycan hökuməti ötən il öz ərazisindən və dəniz sərhədlərindən, eləcə də, bütünlüklə Cənubi Qafqazda insan, pul və material daşınması ilə məşğul olan terror qruplaşmalarının səylərinin qarşısının alınması üzərində fəal işləyib.

Həmçinin, Azərbaycanın hüquq-mühafizə orqanlarının terror aktlarının qarşısının alınması üzrə əməliyyatlar keçirdiyi bildirilib.

Qeyd olunub ki, Azərbaycanda hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri terror hücumlarının qarşısını alıb, şübhəlilər həbs olunaraq mühakimə edilib.

Bildirilib ki, terrorçu qruplaşmalara qoşulmaqda və ya onları  maliyyələşdirməkdə şübhəli bilinən azərbaycanlıların geri qaytarılması ilə əlaqədar cinayət işi açılıb.

Hesabatda o da xatırladılıb ki, 2018-ci ildə Azərbaycanda terror aktı qeydə alınmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button