Həmin rus və çinli qurumlar İran və Rusiyanın PUA proqramları, həmçinin Çin ordusu üçün süni zəka çiplərini təmin etdiklərinə görə qara siyahıya salınıblar.
Royterz XA bu barədə ABŞ Federal Dövlətin rəsmi dərgisi Federal Registrə istinadən xəbər yayıb.
Həmçinin bir çinli cəmiyyət PUA istehsalına lazım olan çipləri Rusiya ordusu üçün və digəri bir iranlı cəmiyyətə təmin etdiklərinə görə siyahıya əlavə olunublar.
“Həmin hissələr Orta Şərqdə neft gəmilərinə həmlədə və Rusiyanın Ukrayana qarşı müharibəsində istifadə olunan Şahid seriyalı PUA-ların inkişafı və istehsalı üçün tədarük olunurlar” Agentliyin xəbərində deyilir.
Məlumata əsasən həmçinin BƏƏ-də yaşayan Mehdi Xələc Əmir Hüseyni adında bir şəxs və Xələc Ticarət Cəmiyyəti BƏƏ vasitəsi ilə Amerika istehsalı olan hissələri İrana ixrac etmələri ilə bu ölkənin əleyhinə sanksiyaları pozduqlarına görə həmin siyahıya salınıblar.