Dünya

ABŞ-da 2019-cu ildə kütləvi qətllərin sayı rekord həddə çatıb

2019-cu ildə ABŞ-da 41 kütləvi qətl hadisəsi baş verib. Bu son 50 il ərzində rekord göstəricidir.

Trend-in məlumatına görə, bu barədə “Associated Press”, “USA Today” və Şimal-Şərq Universitetinin hazırladıqları hesabatda deyilir.

Bildirilir ki, bu kütləvi qətllərin hər birində azı 4 nəfər ölüb. Qətllərin 33 faizində odlu silahdan istifadə edilib.

Ümumilikdə 41 kütləvi qətl hadisəsi nəticəsindəə 210 nəfər həlak olub.

Ən çox kütləvi qətl hadisələri Kaliforniyada qeydə alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button