![](https://www.aznews.tv/wp-content/uploads/2020/12/helikopter12-780x470.jpg)
ABŞ-da şəxsi “Robinson R44” helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.
Bu barədə ABC telekanalına istinadən xəbər verir.
Məlumata görə, hadisə Texas ştatında qeydə alınıb. Helikopter Kolorado-Siti şəhərindən 13 kilometr cənub-qərbə düşüb.
Qəzanın başvermə səbəbi açıqlanmır.
ABŞ-ın Federal Aviasiya İdarəsi Nəqliyyatda Təhlükəsizlik İdarəsi ilə birlikdə insidentin təhqiqatını aparır.