İran

İranda etiraz aksiyaları bir aydır davam edir

Etirazlara tətillər və öyrənci hərəkatı da əlavə olub.

İranda sentyabrın 16-dan başlayan etiraz aksiyaları davam edir və oktyabrın 17-i bir neçə şəhərdə aksiyalar keçirilib.

Aksiyalarla yanaşı bundan öncə Hormozqan və və Buşehr əyalətlərində neft sənayesi işilərinin tətil aksiyalarına başlamalarından sonra daha bir neçə şəhərdə tətil aksiyasına əl atılıb.

Oktyabrın 17-dən başlayaraq Məşhəd şəhəri və Yəzd şəhərlərində bir bazar, minlərlə nağaza və zavodlarda tətil aksiyaları başlayıb.

Osləviyyənin neft-kimiya zavodunda bir həftə bundan öncə başlayan tətil aksiyası davam edir və hökumət məmurlarının ən azı 100 etirazçı işçini həbs etməsinə baxmayaraq zavodda işi bərpa edə bilməyib.

Bazar ertəsi günorta saatlarında müxtəlif şəhərlərdə öyrənci və şagirdlərin etiraz nümayişləri keçirmələrindən sonra, gecə saatlarında bir neçə şəhərdə nümayişlər keçirilib.

Tehranın Ekbatan şəhərciyindən başlayan aksiya qısa müddətdə başqa bölgələrə yayılıb və hökumət əleyhinə şüarlar səsləndirən vətəndaşlarla hökumət məmurları arasında qarşıdurmalar olub.

İlam əyalətinin Abdanan şəhərində isə narazı kütlə ilə xüsusi təyinatlı qüvvələr arasında şiddətli toqquşmaların olduğu, bir neçə nəfərin yaralandığı və çox sayda etirazçının həbs edildiyi bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button