
Aznewstv “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Məlumata görə, göbələk ştatların yarısında aşkar edilib. Tədqiqatçıların fikrincə, göbələyin yayılması COVID-19 pandemiyası zamanı, onun yayılmasına nəzarət azaldıqdan sonra daha da sürətlənib.
Xəstəlik yaşlılar üçün daha təhlükəlidir və 60% hallarda xəstənin ölümü ilə nəticələnir. Statistikaya görə, 2022-ci ildə ABŞ-da ən azı 2,377 yoluxma qeydə alınıb.
Qeyd edək ki, xəstəlik ilk dəfə 2009-cu ildə Yaponiyada qeydə alınıb. Bununla belə, “Candida auris”in ən erkən ştammı 1996-cı ildə Cənubi Koreyada aşkar edilib.