Site icon Aznews TV

ABŞ dövlət katibi İranla məhbus mübadiləsi məqsədilə sanksiya istisnası çıxarıb

Çıxarılmış sənədə istinadən, məhbus mübadiləsi razılaşmasının bir hissəsi olaraq İranın azad edilmiş 6 milyard dollar vəsaitinin Cənubi Koreyadan Qətərə köçürülməsi mümkün olacaq.

Sənəddə sanksiyaların ləğv edilməsinin ABŞ-nin milli maraqları istiqamətində olduğu qeyd edilib.

Həmçinin baxılması üçün Amerika Konqresinin komitələrinə göndərilib.

Qeyd edək ki, inzibati prosedur olaraq ABŞ həmin 6 milyard dollara tətbiq etdiyi sanksiyanın götürülməsi üçün istisna sənədi çıxarmalı olub.

#İran #ABS

Exit mobile version