Dünyaİran

ABŞ dövlət katibi İranla məhbus mübadiləsi məqsədilə sanksiya istisnası çıxarıb

“Reuters” və “Associated Press” xəbər agentlikləri müşahidə etdikləri sənədə istinadən İranla məhbus mübadiləsi məqsədilə ABŞ dövlət katibi Antoni Blinkenin sanksiya istisnası sənədi imzaladığını bildirib.

Çıxarılmış sənədə istinadən, məhbus mübadiləsi razılaşmasının bir hissəsi olaraq İranın azad edilmiş 6 milyard dollar vəsaitinin Cənubi Koreyadan Qətərə köçürülməsi mümkün olacaq.

Sənəddə sanksiyaların ləğv edilməsinin ABŞ-nin milli maraqları istiqamətində olduğu qeyd edilib.

Həmçinin baxılması üçün Amerika Konqresinin komitələrinə göndərilib.

Qeyd edək ki, inzibati prosedur olaraq ABŞ həmin 6 milyard dollara tətbiq etdiyi sanksiyanın götürülməsi üçün istisna sənədi çıxarmalı olub.

#İran #ABS

Related Articles

Bir cavab yazın

Back to top button