Dünya

ABŞ-ın Nyu-Cersi ştatında Türk Günü Festivalı keçirilib

ABŞ-da türklərin ən çox yaşadığı ştatlardan biri olan Nyu Cersidə Türk Günü Festivalı keçirilib.

Türk Amerika Rəhbər Komitəsi (TASC), Paterson Clifton Türk Günü Festivalı Dərnəyi və Türk Amerikalı Giresunlular Təşkilatının birgə təşkilatçılığı ilə Kliftonda keçirilən festival rəngli səhnələrə şahidlik edib.

Festivala Türkiyənin BMT-dəki daimi nümayəndəsi Əhməd Yılmaz və Nyu-York baş konsulu Reyhan Özgür, Nyu-York və Nyu Cersi ətrafında yaşayan minlərlə türk vətəndaşı və amerikalı qatılıb.

Kliftondakı Memorail Parkına toplaşan hər yaşdan və hər təbəqədən insanlar türk adət-ənənələrinə və mədəniyyətinə aid musiqi, yemək və alış-veriş stendləri ilə əyləniblər.

Festivalda Türkiyədən gələn vokal sənətçiləri iştirakçılara müxtəlif janrlarda musiqi ziyafəti təqdim edərkən, Qara dəniz rəqs üslubları ilə ifa edilən halay və Qafqaz rəqsləri də festival ərazisində böyük marağa səbəb olub.

Nyu Cersidən sonra Pensilvaniya ştatının Filadelfiya şəhərində Türk Günü Paradı və Festivalı keçirilir.

Related Articles

Bir cavab yazın

Back to top button