Dünya

ABŞ-ın Türkiyəyə “F-16” satışına qoyduğu qadağa götürüldü

ABŞ Konqresinin Nümayəndələr Palatasının Türkiyəyə “F-16” qırıcılarının satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsi qanun layihəsindən tamamilə çıxarıb.

Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Konqresinin hər iki palatasının Silahlı Qüvvələr üzrə Komitələri 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) 858 milyard dollarlıq müdafiə büdcəsini razılaşdırıb.

Qanun layihəsinin son variantında yunan lobbisinə yaxınlıqları ilə tanınan Nyu-Hempşir nümayəndəsi demokrat Kris Pappas, Florida ştatının respublikaçı nümayəndəsi Qus Bilirakis, Nyu-York təmsilçisi respublikaçı Nikol Malliotakis və Nyu-Cersi nümayəndəsi demokrat Frent Pellone daxil olmaqla 18 nümayəndə tərəfindən təqdim edilən və qanun layihəsinin Nümayəndələr Palatasının versiyasına əlavə edilərək qəbul olunan Türkiyəyə “F-16” satışlarını məhdudlaşdıran heç bir bənd yer almayıb.

Related Articles

Bir cavab yazın

Back to top button