
“Aznews tv”nın xəbərinə görə, məktubda İranın dəstəklədiyi Yəmən husiləri, Livan Hizbullahı, Həmas qruplaşması, bu yaxınlarda Amerikanın Ərbildəki konsulluq binasının yaxınlığına Sepah-ın raket zərbələri endirməsi və İslam Cümhuriyyətinin digər dağıdıcı fəaliyyətləri vurğulanaraq, belə bir şəraitdə Bayden hökumətinin İranla islam rejiminin nüvə silahı əldə etməsinə yol açacaq nüvə anlaşması əldə etməkdə israrlı olduğu qeyd olunub.
Senatorlar eyni zamanda, İranın nüvə silahı əldə etməsinin İsrailin və Amerika ilə müttəfiq olan ərəb dövlətlərinin mövcudluğunu təhlükəyə atması barədə xəbərdarlıq edərək bu addımın, habelə Amerikanın Yaxın Şərqdəki mövqeyini yox edəcəyini və daxili əmniyəti təhdid edəcəyini vurğulayıblar.