Site icon Aznews TV

ABŞ İnstitutu: “Krımda naməlum partlayışlar baş verib, Ukrayna ora yeni zərbələr endirəcək”

“İyulun 6-dan bəri ilk dəfə olaraq heç bir tərəf yeni ərazilərdə nəzarəti ələ keçirməyib. Rusiya qüvvələri uğursuz və lokal əməliyyatlar həyata keçiriblər.

Rusiya mənbələri Kerç körpüsü yaxınlığında Ukraynanın PUA-sının vurulduğunu iddia edirlər. Ukrayna Prezident Ofisinin nümayəndəsi Mixaylo Podolyak daha əvvəl bildirmişdi ki, həmin körpü qanunsuz tikilib və məhv edilməlidir.

Biz PUA-nın, həqiqətən vurulub-vurulmadığını hələ ki, dəqiqləşdirə bilmirik”.

Müharibə Tədqiqatları İnstitutu Ukraynanın Rusiyanın Krımdakı hərbi obyektlərinə zərbələr endirəcəyini proqnozlaşdırır:

“Çox güman, bu zərbələr davam edəcək. Bu, Rusiyanın logistika imkanlarını və Dnepr çayının qərb sahilində əməliyyatları davam etdirmək imkanını zəiflətmək üçün lazımdır”.

Exit mobile version