Dünya

ABŞ İnstitutu: “Krımda naməlum partlayışlar baş verib, Ukrayna ora yeni zərbələr endirəcək”

“Krımda naməlum partlayışlar baş verib. Bu barədə Rusiya mənbələri məlumat yayıb”. Bu haqda ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu bildirib.

“İyulun 6-dan bəri ilk dəfə olaraq heç bir tərəf yeni ərazilərdə nəzarəti ələ keçirməyib. Rusiya qüvvələri uğursuz və lokal əməliyyatlar həyata keçiriblər.

Rusiya mənbələri Kerç körpüsü yaxınlığında Ukraynanın PUA-sının vurulduğunu iddia edirlər. Ukrayna Prezident Ofisinin nümayəndəsi Mixaylo Podolyak daha əvvəl bildirmişdi ki, həmin körpü qanunsuz tikilib və məhv edilməlidir.

Biz PUA-nın, həqiqətən vurulub-vurulmadığını hələ ki, dəqiqləşdirə bilmirik”.

Müharibə Tədqiqatları İnstitutu Ukraynanın Rusiyanın Krımdakı hərbi obyektlərinə zərbələr endirəcəyini proqnozlaşdırır:

“Çox güman, bu zərbələr davam edəcək. Bu, Rusiyanın logistika imkanlarını və Dnepr çayının qərb sahilində əməliyyatları davam etdirmək imkanını zəiflətmək üçün lazımdır”.

Related Articles

Bir cavab yazın

Back to top button