İran

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İrana qarşı sanksiyaların siyahısını genişləndirərək, buraya ölkənin tikinti sektorunu da əlavə edib.

Aznews.tv xəbər verir ki, bundan əlavə, nüvə və raket proqramlarında istifadə edə biləcək materialların İrana satılmasına da qadağa qoyulub.

“Tikinti sahəsinin sanksiya siyahısına düşməsinin səbəbi onun SEPAH tərəfindən idarə olunmasıdır. Bununla əlaqədar, İrana emaledilməmiş və ya yarımemaledilmiş metalların, qrafitin, kömürün və qeyd edilən sahələrin proqram təminatının satılmasına qadağa qoyulub”, – deyə ABŞ-ın Dövlət departamentinin bəayantında deyilir.

Bundan əlavə, nüvə və raket proqramında istifadə edilə biləcək daha 4 material növünün (polad kəmər, folqa və sair) satışı qadağan edilib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button